CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

14 və 16 yaşlı bacılar Novxanı çimərliyində boğulublar

© Photo : Samira HasanovaNovxanı çimərliyi. Arxiv şəkli
Novxanı çimərliyi. Arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Dənizdə həyatını itirən bacılar Göyçaydan Bakıya istirahət üçün gəliblərmiş.

BAKI, 3 avq-Sputnik. Bakının Novxanı çimərliyində iki bacı dənizdə batıb.

Binəqədi rayon Polis İdarəsindən Sputnik-ə bildiriblər ki, hadisə ötən gün axşam saatlarında Novxanı çimərliyində baş verib. 

Göyçay rayon sakinləri — 2000-ci il təvəllüdlü Əliyeva Səmayə Vasif qızı və onun bacısı, 2002-ci il təvəllüdlü Aytac dənizdə çimərkən boğularaq ölüblər.

Hadisə yerinə gələn Fövqəladə Hallar Nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri S. Əliyevanın meyitini taparaq çıxarıblar. Aytacın meyitinin tapılması istiqamətində axtarışlar davam etdirilir.

Göyçaylı bacılar Bakıya istirahətə gəliblərmiş.

Xəbər lenti
0