Amerikadan İrana 400 milyon dollar niyə göndərilib?

Abunə olmaq
Mənbələrə görə, pulla dolu təyyarə paytaxtın Mehrabad aeroportunda yerə enən kimi İran hökuməti dörd ABŞ vətəndaşını azadlığa buraxıb.

BAKI, 3 avq — Sputnik. Ağ Ev rəhbərliyi gizli şəkildə İrana 400 milyon dollar pul köçürüb. Maraqlısı odur ki, köçürmə əməliyyatı İranda həbs edilən dörd amerikalının yanvar ayında azad edilməsi ilə üst-üstə düşüb.

Sputnik Fox News-a istinadən xəbər verir ki, İran qanunlarına görə ölkəyə dollar gətirilməsi qadağan edildiyi üçün pullar avro, İsveçrə frankı şəklində ödənilib. Xəbərə görə əskinaslar Hollandiya və İsveçrə Mərkəzi Banklarından alınıb.

Xəbəri yayan "Wall Street Journal" qəzeti, içərisi pulla dolu təyyarənin nə zaman Tehrana endiyini dəqiqləşdirməyib. Yayılan məlumatı qeyri-rəsmi İran mənbələri də təsdiqləyib. Həmin mənbələrə görə, pulla dolu təyyarə paytaxtın Mehrabad aeroportunda yerə enən kimi İran hökuməti dörd ABŞ vətəndaşını azadlığa buraxıb.

Eyni vaxtda, ABŞ rəhbərliyi yeddi İran vətəndaşını azad edib.

Xəbər lenti
0