BAKI, 2 avq-Sputnik. Terrorçular Suriyanın Hələb şəhərinə zəhərli qazla doldurulmuş mərmilər atıblar.
Sputnik-in məlumatına görə, hadisə nəticəsində beş nəfər dinc sakin həlak olub.
Kimyəvi mərmilər şəhərin Bab-əl-Fərəc və Bustan-Kəl-Ab rayonlarında partlayıb.
Terrorçuların atdığı kimyəvi silah insanın sinir sistemini zədələyir və boğulmaya səbəb olur.