Dəniz Baykalın seks kasetini hazırlayıb yayanlar həbs olundu

© AP Photo / Burhan OzbiliciCHP Antalya Milletvekili Deniz Baykal
CHP Antalya Milletvekili Deniz Baykal - Sputnik Azərbaycan
Abunə olmaq
Həbs olunanlardan 34 nəfəri polisdir.

BAKI, 2 avq-Sputnik. Türkiyənin Ana müxalifət partiyasının (CHP) keçmiş sədri Dəniz Baykalın videogörüntülərinin yayılması ilə bağlı yeni detallar ortaya çıxıb.

Sputnik Timeturk-ə istinadən xəbər verir ki, Ankara şəhər prokurorluğu Milliyyətçi Hərəkat Partiyasının (MHP) bəzi sabiq deputatları və Cümhuriyyət Xalq Partiyasının (CHP) Antalyadan seçilmiş millət vəkili Dəniz Baykala aid olduğu iddia edilən videogörüntülərlə bağlı aparılan istintaq tədbirləri çərçivəsində 170 şübhəlidən 120 nəfərinin həbsinə qərar verib.

Həbs olunanlardan 34 nəfəri polisdir.

Xatırladaq ki, 2010-cu il mayın 7-də CHP-nin sabiq sədri Dəniz Baykalın partyadaşı, keçmiş millət vəkili Nəsrin Baytokla seks videosu olduğu iddia edilən görüntülər internetdə yayımlanmışdı.

Nəticədə D.Baykal partiyanın sədrliyindən istefa vermək məcburiyyətində qalmışdı. Bundan sonra video araşdırılması üçün Beynəlxalq Kriminal Bürosuna göndərilib və görüntülərin montaj olduğu bildirilib.

Xəbər lenti
0