Almaniya Türkiyəyə dəstək verdi

© palitranewsATƏT-ə sədrlik edən Frank-Valter Ştaynmayer
ATƏT-ə sədrlik edən Frank-Valter Ştaynmayer - Sputnik Azərbaycan
Abunə olmaq
Almaniyanın xarici işlər naziri Frank Valter-Ştaynmayer "Rheinische Post" qəzetinə müsahibəsində Türkiyənin çevrilişçilərə qarşı hərəkətini təqdir edib.

BAKI, 2 avq — Sputnik. "Çevrilişə cəhd göstərənlərə qarşı qanuni və siyasi vasitələrlə tədbirlər görmək Türkiyə hökumətinin ən təbii haqqıdır".

Sputnik xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Frank Valter-Ştaynmayer "Rheinische Post" qəzetinə müsahibəsində bildirib.

Nazirin sözlərinə görə, Türkiyə dövlət çevrilişinə cəhdin baş verdiyi gecə çətin vəziyyətdə idi:

"Mən dövlət çevrilişi cəhdinin qarşısının alınmasından məmnunam. Türkiyə hökuməti dövlət çevrilişi cəhdinin arxasında Fətullah Gülənin olduğunu açıq şəkildə bəyan etdi. Biz hüquq çərçivəsində günahkarların müəyyənləşdirilməsini gözləyirik".

Xəbər lenti
0