Terrorla mübarizə üçün Moskva əlindən gələni əsirgəmir. Terror qruplaşmalarını zəiflətmək üçün o, digər dövlətləri də güclərini birləşdirməyə çağırır. Bundan başqa, Moskva öz üzərinə əhəmiyyətli bir missiya götürüb — terror infrastrukturuna zərbələr endirmək.
Suriyadakı əməliyyatların ciddi və mühüm olduğunu Rusiya çox yaxşı başa düşür. Rus pilotlarının tədbirlərinin nəticə verdiyini təstiqləyən məlumatlar da yayılır: terrorçüların bazaları, yanacaq depoları, hərbi texnika məhv edilib. Rusiyanın oxşar hərəkəti Qərb üçün gözlənilməz oldu. Birincisi, ona görə ki, Rusiya uzun müddət Yaxın Şərq istiqamətində bu dərəcədə fəal oyunçu hesab olunmurdu. İkincisi isə, son zamanlar Qərb bir növ Rusiya Federasiyasının zəif olduğu haqda əfsanənin əsirinə çevrilib.
Lakin əməliyyatların tezliklə bitəcəyini düşünmək yalnışdır. Rus pilotlarının Suriyadakı uğurlu əməliyyatları digər ölkələrdə fərqli qarşılandı. Bu, sübut etdi ki, regionda iki düşərgə var və onlardan biri terrorizmə son qoyulmasında maraqlı deyil. Nəticədə, Moskvanın mövqeyi bu ölkələri qane etmir.
Moskva digər dövlətləri də terrora qarşı mübarizə aparmağa çağırır. İndi uğurlu əməliyyatları inkişaf etdirmək lazımdır. Bunu güclərini birləşdirərək eyni anda bir neçə dövlət etməlidir. Sankt-Peterburq Dövlət Universitetinin dosenti Aleksandr Sotniçenko hesab edir ki, Rusiya bu əməliyyatlarda əsas rolu oynamağa hazırdır:
Suriya əməliyyatları Rusiyanın öz hərəkətləri ilə iki məqsəd güddüyünün daha bir sübutu oldu — qanunu qorumaq və normal həyat üçün şərait yaratmaq. Lakin əgər Suriyaya bunların hər ikisi zəruridirsə, digər ölkələrin çoxuna oxşar nəticə lazım deyil və onlar Rusiyaya mane olmağa çalışacaqlar.