BAKI, 1 avq — Sputnik. İŞİD terror təşkilatı Rusiyadakı üzvlərinə səslənib. Təşkilat onları Rusiyaya qarşı cihada başlamağa çağırıb.
Sputnik Reuters-ə istinadən xəbər verir ki, YouTube-da yerləşdirilən 9 dəqiqəlik videogörüntüdə silahlılar rusiyalıları hədələyib, prezident Vladimir Putinə isə xəbərdarlıq edərək müsəlmanları Rusiyaya qarşı cihada qoşulmağa çağırıb.
Ekspertlər videogörüntülərin mənşəyini hələlik müəyyən edə bilməyib.