Ərdoğan Avropaya vaxt qoydu

© REUTERS / Murat CetinmuhurdarПрезидент Турции Реджеп Тайип Эрдоган
Президент Турции Реджеп Тайип Эрдоган - Sputnik Azərbaycan
Abunə olmaq
Türkiyə prezidenti: Bu komediya uzun müddət davam edə bilməz. Ya oktyabradək vədlərinə əməl etsinlər, ya da müqaviləni pozacağıq.

BAKI, 2 avq-Sputnik. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, ölkəsinin Avropa Birliyindən vizasız səyahət haqqı ala bilməməsi durumunda, İttifaqla Türkiyə arasında mart ayında imzalanan immiqrant razılaşmasını donduracağını söyləyib.

Sputnik xəbər verir ki, Ərdoğan, bu barədə İtaliyanın RAİ dövlət televiziyasına danışıb. Xarici İşlər naziri Mövlud Çavuşoğlunun Avropa Birliyinə oktyabradək vaxt qoymasını da dəyərləndirən prezident, Çavuşoğlu ilə eyni fikirdə olduğunu bildirib.

"Yadınıza salım ki, bu ilin mart ayında Avropa İttifaqının öz istəyi ilə ikitərəfli razılıq əldə olundu və imzalar atıldı. Bu razılığa əsasən Suriya və İraqdan olan qaçqınların qitəyə keçməməsi qarşılığında Avropa türklərə Avropaya vizasız səyahət haqqı tanındı. Lakin biz bütün öhdəlikləri yerinə yetirdiyimiz halda, təəssüf ki, qarşı tərəf sözündə durmadı. Ona görə düşünürəm ki, bu komediya uzun müddət davam edə bilməz. Ya oktyabradək vədlərinə əməl etsinlər, ya da müqaviləni pozacağıq".

Xəbər lenti
0