Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Xərçəngdən əziyyət çəkən Səadət Məmmədovaya kömək lazımdır

© Photo : Şəxsi arxivSəadət Məmmədova
Səadət Məmmədova - Sputnik Azərbaycan
Abunə olmaq
39 yaşlı Səadət Məmmədova 4 ildir süd vəzinin xərçəngindən əziyyət çəkir.

BAKI, 2 avq-Sputnik. 39 yaşlı Səadət Məmməd qızı Məmmədova süd vəzinin xərçəngindən əziyyət çəkir. 4 ildir ki, o, bu xəstəliyə qarşı mübarizə aparır. Xəstəlik inkişaf etdiyindən işdən çıxmalı olub. S.Məmmədova ailə qurmayıb, qardaş və bacısının himayəsindədir.

© Photo : Şəxsi arxiv39 yaşlı Səadət Məmməd qızı Məmmədova süd vəzinin xərçəngindən əziyyət çəkir
39 yaşlı Səadət Məmməd qızı Məmmədova süd vəzinin xərçəngindən əziyyət çəkir - Sputnik Azərbaycan
39 yaşlı Səadət Məmməd qızı Məmmədova süd vəzinin xərçəngindən əziyyət çəkir

Daha əvvəllər Türkiyədə müalicə alan Səadətin sümüklərini bərkitmək üçün həkim şüa müalicəsi də yazıb. Qeyd edib ki, əks halda, sümüklər sınacaq və yataqdan qalxa bilməyəcək. Bir dəfə şüa müalicəsi alınıb və növbəti müalicənin vaxtıdır. Səadətin dərmanlarına aylıq 400-500 (kimya terapiya daxil) manat pul xərclənir. Xəstəliyin verdiyi ağrılardan uzun müddət qida qəbul etmədiyindən qida borusunda da problem yaranıb.

© Photo : Şəxsi arxivSəadət xanım 4 ildir ki bu xəstəliklə mübarizə aparır
Səadət xanım 4 ildir ki bu xəstəliklə mübarizə aparır - Sputnik Azərbaycan
Səadət xanım 4 ildir ki bu xəstəliklə mübarizə aparır

Ailənin isə bu qədər pulu ödəməyə maddi gücü çatmır. Bu səbəbdən də ailəsi Səadətin adına bank hesabı açıb. Yardım etmək istəyənlər onun hesabına pul köçürə bilər.

Müştərinin adı:
MƏMMƏDOVA SƏADƏT MƏMMƏD QIZI
Müştərinin hesab nömrəsi:
AZ40UBAZ14033911941010AZN002

UNIBANK CB
SWIFT adresi: UBAZAZ22
(Baku, AZ, Azerirbaijan)
Kod: 502166
VÖİN: 1300017201
Benefisiar Bankın hesab nömrəsi: AZ46NABZ01350100000000015944

Əlaqə telefonu: 0707262399

Xəbər lenti
0