BAKI, 2 avq-Sputnik. Türkiyədə Hakkari və Şırnak rayon, Cizre və Yüksekova isə vilayət olacaq.
Sputnik Hurriyet-ə istinadla xəbər verir ki, Hakkarinin adı dəyişdirilərək Çölemerik, Şırnakın adı isə Nuh olacaq.
Vilayətlərin adlarının dəyişdirilməsiylə bağlı hazırlanan qanun layihəsi Türkiyə Böyük Millət Məclisinə təqdim edilib.
Rayon olması təklif edilən Hakkarinin köhnə adı "Kurdish Colemerg"dən gələn Çölemerikdi. Qanun layihəsi Məclisdə qəbul edilərsə, Hakkari yenə köhnə adını alacaq. Hazırda vilayət olan Şırnakın köhnə adı da Nuhun şəhəri mənasını verən "Şehr-i Nûh"dur.