Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

SOCAR-ın pay ortağı olan "Petkim"-də axtarışlar aparılır

© Photo : devrimciproletarya.netPetkim Petrokimya Holding A.Ş.
Petkim Petrokimya Holding A.Ş. - Sputnik Azərbaycan
Abunə olmaq
Türkiyənin hüquq-mühafizə orqanlarının "Petkim"də apardığı əməliyyat FETÖ terror qruplaşmasına qarşı həyata keçirilən tədbirlərin tərkib hissəsidir

BAKI, 2 avq-Sputnik. "Petkim Petrokimya Holding A.Ş."-yə məxsus olan və İzmir şəhərinin Aliağa adlanan ərazisində yerləşən bir neçə obyektdə Türkiyənin hüquq-mühafizə orqanları tərəfindən xüsusi əməliyyat keçirilir.

Sputnik Türkiyə mediasına istinadla xəbər verir ki, əməliyyat FETÖ terror qruplaşmasına qarşı həyata keçirilən tədbirlərin tərkib hissəsidir.

Hüquq-mühafizə orqanları ərazidə axtarışlar aparır.

Saxlanılanlar barədə məlumat yoxdur.

Qeyd edək ki, "SOCAR Turkey Energy" may ayında "Petkim" layihəsindəki payını satışa çıxarıb.

"SOCAR Turkey Energy" "Petlkim"də sahib olduğu və sərmayənin 5,32%-nə bərabər olan 79,8 mln. lirə dəyərində hissəni birjada satışa çıxarıb. Bununla bağlı şirkət Türkiyənin Mərkəzi Qeydiyyat Qurumuna müraciət edib.

"SOCAR Turkey Energy" hələ mart ayında "Petkim"də iştirak payını 8,07%-dən 5,32%-yə endirib.

İyulun 28-də "Petkim" neft-kimya kompleksinin baş direktoru Sadəddin Qorqud saxlanılıb.

Sadəddin Qorqud və daha 200 müxtəlif enerji şirkətlərinin əməkdaşı Fətullah Gülənin hərəkatı ilə əlaqələrdə ittiham olunurlar.

Bundan sonra "Petkim" neft-kimya kompleksinin yeni baş direktoru vəzifəsinə Anar Məmmədov təyin edilib. "SOCAR Turkey Energy"də davam edən islahatlar çərçivəsində şirkətin digər yüksək vəzifəli əməkdaşları da vəzifələrindən azad olunublar.

Türkiyədə iyulun 15-dən 16-na keçən gecə dövlət çevrilişinə cəhd edilib. Hadisədə 246 nəfər ölüb, 2000-dən çox insan xəsarət alıb.

Xəbər lenti
0