BAKI, 2 avq-Sputnik. Avqustda Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Elmar Məmmədyarovla Edvard Nalbandyanın ATƏT-in Minsk qrupunun həmsədr ölkələrin xarici işlər nazirləri ilə görüşü keçiriləcək.
Sputnik APA-ya istindala xəbər veir ki, bu barədə ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Cim Kosta "news.am" saytına müsahibəsində deyib.
"Mən bilirəm ki, avqustda Azərbaycanın və Ermənistanın xarici işlər nazirlərinin Rusiya xarici işlər naziri Serqey Lavrov, Fransa xarici işlər naziri Jan Mark Eyro və ABŞ dövlət katibi Con Kerri ilə görüşü planlaşdırılıb" — deyə, o bildirib.