BAKI, 2 avq-Sputnik. Azərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.
Sputnik AMB-yə istinadla xəbər verir ki, ABŞ-ın milli valyutası olan dolların məzənnəsi avqust ayının 1-i ilə müqayisədə 0,2% möhkəmlənərək 1,5883 manat təşkil edib.
Avro manata nisbətən bahalaşıb. Avrozonanın vahid valyutası 0,16% möhkəmlənərək 1,7749 manat olub.
Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rubl isə 0,83% ucuzlaşaraq 0,0238 manat səviyyəsinə yüksəlib.
Türkiyə lirəsinin məzənnəsi dəyişməyərək 0,5309 manat olub.
Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,0952 manatdır. Beləliklə, funt sterlinq 0,3%-lik ucuzlaşma nümayiş etdirib.
Gürcüstan larisinin məzənnəsi isə 0,71% artaraq 0,6767 manat təşkil edib.
Mütəxəssislər bildirirlər ki, bu ilin sonuna qədər manatın məzənnəsinin aşağı düşməsinin qarşısını almaq mümkün olmayacaq.