BAKI, 1 avqust-Sputnik. Türkiyənin müdafiə naziri Fikri İşıq 15 iyul dövlət çevrilişinə cəhddən sonra 9-u general olmaqla 311 hərbçinin fərarilik etdiyini və hazırda onların axtarışda olduğunu açıqlayıb.
Sputnik-in məlumatına görə, CNN Türk-ə canlı yayımda müsahibə verən İşıq hərbi məktəblərdə oxuyan tələbələrin yüzdə 95-nin camaatçı (Fətullah Gülən tərəfdarlarına verilən ad-red.) olduğunun mütəxəssislər tərəfindən aydınlaşdırıldığını söyləyib.
İşıq avqustun 30-da Zəfər Bayramının qeyd olunmayağacağını da dilə gətirib.
O, inventarda çatışmayan təyyarə və helikopterlərin olmadığını, yalnız mərmi və başqa sursatların itə biləcəyini qeyd edib.