BAKI, 1 avq-Sputnik. Türkiyənin Bingöl vilayətində yolda quraşdırılan əldəqayırma bomba zirehli polis avtomobilinin hərəkəti zamanı partlayıb.
Sputnik Hürriyet-ə istinadla xəbər verir ki, partlayış nəticəsində 5 polis əməkdaşı ölüb, 4-ü yaralanıb. Onlardan ikisinin vəziyyəti ağır olub. Yaralanan polislər xəstəxanalara çatdırılıb.
Yaralılardan biri aparıldığı xəstəxanada keçinib.
Bingöl valisi Yavuz Səlim Köşgər bildirib ki, şəhərin mərkəzinə 15 km məsafədə çevik polis alayının əməkdaşlarını daşıyan zirehli xidməti avtomobil şossedə park edilmiş partlayıcı qurğunun işə salınması nəticəsində partlayıb.
Terrorçuların yaxalanması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirir.