Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Azərbaycanın valyuta ehtiyatları azalmaqda davam edir

Abunə olmaq
İyun ayı ilə müqayisədə ötən ay valyuta ehtiyatları 121 mln. manat və ya 2,8% azalıb.

BAKI, 1 avq-Sputnik. Azərbaycan Mərkəzi Bankının (AMB) sərəncamında olan rəsmi valyuta ehtiyatlarının həcmi azalmaqda davam edir.

Sputnik AMB-nin açıqladığı statistikaya istinadla xəbər verir ki, 2016-cı il iyul ayının 29-a tənzimləyicinin sərəncamında olan rəsmi valyuta ehtiyatlarının həcmi 4 mlrd. 162,9 mln. ABŞ dolları təşkil edib.

Bu, 2015-ci ilin müvafiq dövrünə nisbətən 4 mlrd. 338,6 mln. dollar və ya 51% azdır. İyun ayı ilə müqayisədə ötən ay valyuta ehtiyatları 121 mln. manat və ya 2,8% azalıb.

Xəbər lenti
0