BAKI, 1 avq — Sputnik. Formula-1-in kommersiya başçısı Berni Ekklstounun qayınanası azad edilib. Sputnik F-1.az-a istinadən xəbər verir ki, yaşlı qadın polisin hazırladığı xüsusi əməliyyatla xilas olunub.
Berni Ekklstounun qayınanası bir neçə gün öncə qaçırılmışdı. Onun qaytarılması üçün 120 milyon Braziliya realı (36,5 milyon ABŞ dolları) tələb olunurdu.
Fabiana Flozinin anası Aperiside Şunk artıq evindədir.