BAKI, 1 avq — Sputnik. Türkiyənin Baş nazir müavini Mehmet Şimşək ABŞ-ın CNN International kanalına canlı bağlanaraq teleaparıcı Riçard Qestin suallarını cavablandırıb.
Sputnik Timeturk-ə istinadən xəbər verir ki, amerikalı aparıcının “15 iyuldan sonra Türkiyədə demokratiya təhlükə altındadır” sözünə Mehmet Şimşəkin reaksiyası sərt olub.
Nazir müavini “əgər Ağ Ev, Pentaqon binası, Konqress və FBI havadan vertolyotla bombalansaydı sizin reaksiyanız necə olardı? Siz həmin terrorçuları həbs etməzdiniz? Bunlar bizim milli məclisimizi, prezident iqamətgahımızı, sivil xalqı bombalayıblar. Bunu dərk edin”, — deyərək aparıcını susdurub.