CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

ASAN Xidmət ASAN TV məsələsinə aydınlıq gətirdi

© apa.azAsan xidmət
Asan xidmət - Sputnik Azərbaycan
Abunə olmaq
Anar Hüseynov: Biz ASAN TV ilə bağlı nə rəsmi, nə də qeyri-rəsmi məlumat açıqlamamışıq.

BAKI, 1 avq-Sputnik. Qaynarinfo informasiya portalı tezliklə ASAN TV- nin fəaliyyətə başlayacağı barədə xəbər yayıb.

Burada qeyd olunub ki, yeni telekanal ASAN TV adlanacaq və kanalın təsisçisi qismində "Asan-Xidmət" olacaq. Yeni telekanalın fərqli məkanda fəaliyyətə başlayacağını bildirən mənbə, ANS TV-nin bir çox rəhbər kadrlarına yeni telekanalda vəzifə təklif olunacağını deyib.

"ASAN Xidmət" bu məsələyə aydınlıq gətirib. Sputnik-in sorğusuna cavab verən "ASAN Xidmət"in İnformasiya təminatı şöbəsinin müdiri Anar Hüseynov deyib:

"Biz tərəfdən ASAN TV ilə bağlı nə rəsmi, nə də qeyri-rəsmi formada hər hansı məlumat açıqlanmayıb. Odur ki, ANS TV-nin bazası əsasında ASAN TV-nin fəaliyyətə başlayacağı barədə məlumatlar həqiqəti əks etdirmir."

Qeyd edək ki, ANS telekanalının yayımı MTRŞ-nin şikayəti əsasında dayandırılıb. ANS TV-nin ABŞ-dakı müxbiri Qənirə Ataşovanın Türkiyədə 15 iyul-da baş verən dövlət çevrilişinə cəhddə ittiham edilən Fətullah Gülənlə müsahibəsinin anonsunun efirə getməsi MTRŞ-ni bu addımı atmağa vadar edib.

MTRŞ-nin qərarından dərhal sonra Baş Prokurorluq məsələ ilə bağlı cinayət işi açıb və telekanal rəhbərliyini dindirməyə cəlb etdi.

İyulun 29-da Bakı Apelyasiya Məhkəməsində hakim Ülvi Mayılovun sədrliyi ilə keçirilən iclasda ANS-in lisenziyasına xitam verilməsi ilə bağlı qərar qəbul olunub. ANS rəhbərliyi bu qərarı ədalətli qərar hesab etmədiyini bildirib və Ali Məhkəməyə müraciət edib.

Xəbər lenti
0