BAKI, 1 avq-Sputnik. Azərbaycanda azyaşlı uşağı döyərək qətlə yetiriblər və küçənin ortasına atıblar.
Sputnik hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadla xəbər verir ki, hadisə Xırdalan şəhərində qeydə alınıb.
Şəhər sakini, 6 yaşlı Ramilə Abdulxalıqovanın üzərində zorakılıq əlamətləri olan meyiti küçədən tapılıb.
Uşağın anası Samirə Narıyeva polisə xəbər verərək qızının avtomobillə vurulması nəticəsində öldüyünü bildirib.
Araşdırmalar zamanı məlum olub ki, qız avtomobillə vurularaq öldürülməyib. O, vəhşicəsinə döyülərək qətlə yetirilib.
Həyata keçirilən tədbirlər nəticəsində hadisənin əvvəllər məhkum olunmuş Elnur Hacıyev tərəfindən törədildiyi məlum olub.
E. Hacıyev saxlanılıb və o öz ilkin ifadəsində azyaşlı qızı döyərək öldürdüyünü etiraf edib.
Saxlanılan şəxsin öldürdüyü azyaşlı qızın anası ilə qeyri-rəsmi nikahda olduğu bildirilir.
Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.