BAKI, 1 avq-Sputnik. Bakı-Nabran marşrutu üzrə hərəkət edən avtobusda partlayış baş verib.
Sputnik Report-a istinadən xəbər verir ki, Bakıdan Nabrana gedən "Hyundai" markalı mikroavtobusda radiatorun partlaması nəticəsində 5 sərnişin ayaqlarından yanıq xəsarətləri alıb.
Hadisə yolun Şabran rayonu ərazisindən baş verib. Avtobusun radiatorunda partlayış o qədər güclü olub ki, onun içərisindəki qaynar su salona daxil olub və nəticədə sərnişinlər xəsarət alıb.
Qeyd edək ki, avtobus yararsız hala düşüb. Sərnişinlər taksilərlə mənzil başına getməli olublar. Xəsarət alanlar isə xəstəxanaya yerləşdiriliblər.