Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Azərbaycanda 1 ayda avtomobillərin sığorta haqqı 8 milyon manat olub

© Photo : espanarusa.comSığorta
Sığorta - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycanda sığorta müqavilələrinin sayı 11,4% azalıb.

BAKI, 1 avq-Sputnik. 2016-cı ilin iyul ayında İcbari Sığorta Bürosunun informasiya sistemində avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 102 485 müqavilə qeydiyyata alınıb.

Sputnik Büroya istinadən xəbər verir ki, bunların 15 550-si xarici ölkədə qeydiyyata alınıb və Azərbaycana tranzit məqsədilə daxil olan avtonəqliyyat vasitələri təşkil edib.

2016-cı ilin iyun ayında standart və sərhəd sığorta müqavilələri üzrə daxil olan sığorta haqlarının məbləği 8 milyon manat təşkil edib.

2015-ci ilin iyul ayı ilə müqayisədə sığorta müqavilələrinin sayında 11,4%, sığorta haqlarının məbləğində isə 15,6% azalma müşahidə edilib.

İyul ayında avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə orta sığorta haqqı məbləği cari ilin iyun ayı ilə müqayisədə 1.9% azalaraq 77.9 manat təşkil edib.

Xəbər lenti
0