BAKI, 1 avqust-Sputnik. Bu gün ölkəmizdə Azərbaycan əlifbası və Azərbaycan dili günü qeyd olunur.
Sputnik-in məlumatına görə, 2001-ci il avqustun 1-dən etibarən ölkəmizdə Kiril qrafikasından latın qrafikalı Azərbaycan əlifbasına keçilib.
Bu tarix ümummilli lider Heydər Əliyevin "Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında" 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən qeyd edilir.
Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis olunmasının 15 illiyi lokal və dövlət səviyyəsində tədbirlərlə müşayiət olunur.