BAKI, 31 iyul — Sputnik. Yerevanda polis hissəsinin binasını ələ keçirmiş silahlı qrupun bir üzvü yaralanıb.
Bu barədə Sputnik xəbər verir.
Həmçinin bildirilir ki, silahlı qrupun iki üzvü təslim olub.
Qeyd edək ki, bir qrup silahlı şəxs tərəfindən iyulun 17-də Yerevanda Daxili Qoşunların və polisin binasının ələ keçirilməsi zamanı bir polis əməkdaşı ölüb, ikisi isə yaralanıb.
Silahlı qrup radikal müxalif “Yeni Ermənistan” İctimai xilac cəbhəsinin lideri Jirayr Sefilyanın azadlığa buraxılmasını tələb edir.
Dünən isə ələ keçirilmiş ərazidən açılan atəş nəticəsində daha bir polis nəfəri öldürülüb.