Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının səlahiyyətləri azaldılıb

© Photo : STRTürkiyə Silahlı Qüvvələrinin Baş qərargahı
Türkiyə Silahlı Qüvvələrinin Baş qərargahı - Sputnik Azərbaycan
Abunə olmaq
Quru, Dəniz və Hava qüvvələrinin komandanları prezident və baş nazirin əmrlərini yerinə yetirəcək.

BAKI, 31 iyul — Sputnik. Türkiyədə Quru, Dəniz və Hava qüvvələri Müdafiə Nazirliyinin tərkibinə daxil edilib.

Bununla bağlı qanun hökmündə qərar bu gün ‘Resmi Gazete”də dərc olunub.

Bu qanuna zidd olmayan və digər qanunlarla Silahlı Qüvvələrin Baş Qərargahına verilən vəzifə və hüquqlar saxlanılıb. Eyni zamanda prezident və baş nazir vacib saydıqları halda Quru, Dəniz və Hava qüvvələrinin komandanlarından birbaşa məlumat ala və komandanlara əmr verə biləcəklər. Bu əmrlər hər hansı qurumla razılaşdırılmadan dərhal yerinə yetirilməlidir.

Qərara əsasən Gülhanə Hərbi Tibb Akademiyası və hərbi xəstəxanalar da Səhiyyə Nazirliyinin tabeçiliyinə verilib. 

Xəbər lenti
0