Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Yerevandakı silahlı qrup daha bir polis əməkdaşını öldürüb

Abunə olmaq
Atışma nəticəsində 1986-cı il təvəllüdlü polis əməkdaşı Yura Tepanosyan ölüb.

BAKI, 30 iyul — Sputnik. İrəvanda polis alayının binasını ələ keçirmiş silahlı qrup yenidən asayiş keşikçilərinə atəş açıb.

RİA Novosti-nin verdiyi xəbərə görə, bu barədə Ermənistan Polisinin mətbuat xidmətinin rəhbəri Aşot Aqaronyan bildirib.   

Atışma nəticəsində 1986-cı il təvəllüdlü  polis əməkdaşı Yura Tepanosyan ölüb. Məlumata görə, o, silahlı qrupun mövqe tutduğu polis binasından 350-400 metr aralıda xidməti avtomobildə olarkən güllə yarası alıb və hadisə yerində ölüb.

Qeyd edək ki, iyulun 17-dən polis alayının binasını nəzarətdə saxlayan silahlı qrupun qətlə yetirdiyi ikinci polis əməkdaşıdır.

Xəbər lenti
0