BAKI, 30 iyul – Sputnik. “ABŞ Dövlət Katibliyi və Ədliyyə Nazirliyi Fətullah Gülən haqqında sənədləri araşdırır”. Sputnik TRT-yə istinadən xəbər verir ki, bunu Birləşmiş Ştatlar Dövlət Katibliyinin sözçüsü Con Kirbi gündəlik mətbuat konfransında deyib. O, Gülənin qaytarılmasıyla bağlı gedən işlər barədə məlumat verib və bu məsələnin Ədliyyə Nazirliyi tərəfindən araşdırıldığını söyləyib, "Bütün proseslər hüquq çərçivəsində gedir və biz də veriləcək qərarı hörmətlə qəbul edəcəyik", — deyə C.Kirbi əlavə edib.
Con Kirbiyə Türkiyənin Ədliyyə naziri Bəkir Bozdağ və Xarici İşlər naziri Mevlüt Çavuşoğlu “İş uzanarsa, Fətullah Gülən başqa bir ölkəyə qaça bilər” xəbərdarlığına isə Kirbi: "Ədliyyə Nazirliyi bu işlə maraqlanır, mən bu mövzuda danışa bilmərəm", — cavabını verib.
ABŞ Ədliyyə Nazirliyi spikerlərindən olan Peter Karr da Anadolu Agentliyinin bu barədə suallarını cavabsız buraxıb, sadəcə "Türkiyə Ədliyyə Nazirliyi Gülən haqqında qovluqları bizə verib və biz bu sənədləri analiz etməyə başlamışıq", — deyib.
Ağ Ev spikeri Erik Şultz da Türkiyə hökuməti tərəfindən edilən tələbin uyğun kanallar tərəfindən araşdırıldığı bildirib.