PKK Türk ordusunun əsgərlərinə hücum etdi

© Photo : DHAHakkari-Şırnak karayolunda patlama
Hakkari-Şırnak karayolunda patlama - Sputnik Azərbaycan
Abunə olmaq
Türkiyənin Hakkari vilayətində PKK terrorçularının hücumu nəticəsində 5 əsgər şəhid olub, 8-i isə yaralanıb.

BAKI, 29 iyul-Sputnik. Türkiyənin Hakkari vilayətində PKK terrorçularının hücumu nəticəsində 5 əsgər şəhid olub, 8-i isə yaralanıb.

Sputnik Türkiyənin verdiyi xəbərə görə, Hakkarinin Çukurca şossesi üzərindəki Doğanlı bölgəsində yola baxış keçirən əsgərlərə PKK üzvləri hücum ediblər. Hücumun ardından baş verən döyüşdə ilkin məlumatlara görə 5 əsgər həyatını itirib. 8 əsgər isə ağır şəkildə yaralanıb.

Yolda yoxlanış aparan əsgərlər iriçaplı silahlardan atəşə tutulublar.

​Yaralı əsgərlər Hakkari və Çukurca xəstəxanalarına göndərilib. Qarşıdurmanın davam etdiyi bölgəyə çox sayda zirehli texnika cəlb edilib. Bölgədə hava dəstəkli əməliyyat davam edir.

Xəbər lenti
0