Azərbaycan dili uzunmüddətli inkişaf yolu keçmiş qədim ədəbi dillərdən biridir, deyə mətbuat konfransını giriş sözü ilə açan professor Qulu Məhərrəmli bildirib. Onun sözlərinə görə, gənclərin dövlət dilini daha yaxşı bilməsi üçün ilk növbədə məktəblərdə Azərbaycan dilinin tədrisinin səviyyəsi yüksəldilməlidir. Bundan əlavə, onun daha dərindən öyrənilməsi üçün stimul və imkan yaradılmalıdır.
Azərbaycan dilinin rusdilli əhali tərəfindən öyrənilməsinə gəldikdə isə, bu ölkə Konstitusiyasının hər bir vətəndaşa ona əlverişli olan dildə danışmağa imkan verməsinə baxmayaraq, çox vacibdir.
Xatırladaq ki, tədbir 1 avqust Azərbaycan dili və Azərbaycan əlifbası gününə həsr olunub.