CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Müdafiə naziri hərbi hospitalın tikintisi ilə bağlı tapşırıqlarını verib

© mod.gov.azZakir Həsənov
Zakir Həsənov - Sputnik Azərbaycan
Abunə olmaq
Qaradağ rayonunun Ələt qəsəbəsində tikintisi davam edən hərbi hospital ixtisaslaşdırılmış tibbi yardımın göstərilməsi üçün nəzərdə tutulub və inşaat işlərinin yekununda müasir tibbi avadanlıqlarla tam təmin olunacaq

BAKI, 29 iyul — Sputnik. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən hərbi hissələrdə tikinti-inşaat işləri davam edir. SputniMüdafiə Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, müdafiə naziri general-polkovnik Zakir Həsənov və digər rəhbər heyət daha bir hərbi hospitalın tikintisi ilə maraqlanıb, eləcə də mühəndis-istehkam hərbi hissəsində yeni inşa edilən tikililərin açılışını həyata keçirib.

Müdafiə naziri cəbhə bölgəsində yerləşən hərbi hissələrdə olub - Sputnik Azərbaycan
Müdafiə naziri ön cəbhəyə yollanıb

Qaradağ rayonunun Ələt qəsəbəsində tikintisi davam edən hərbi hospitalda görülən işlər barədə məlumat verən Tibb Baş İdarəsinin rəisi general-mayor Natiq Əliyev bildirib ki, bu müəssisə ixtisaslaşdırılmış tibbi yardımın göstərilməsi üçün nəzərdə tutulub və inşaat işlərinin yekununda müasir tibbi avadanlıqlarla tam təmin olunacaq. Müdafiə naziri tikintinin gedişi ilə bağlı müvafiq tövsiyə və tapşırıqlarını verib.

Sonra general-polkovnik Z.Həsənov Silahlı Qüvvələrin əlahiddə mühəndis-istehkam hərbi hissəsinə gəlib. Yeni inşa edilərək müvafiq avadanlıqlarla tam təmin edilmiş əsgər yataqxanaları, tibb məntəqəsi, ərzaq anbarları, döyüş texnikası parkı və digər tikililərə baş çəkən nazirə görülən işlər barədə ətraflı məlumat verilib.

Bildirilib ki, birbaşa təyinatları üzrə praktik fəaliyyətləri üçün bölmələr mühəndis qoşunlarında silahlanmaya yeni qəbul edilmiş müasir texnika, xüsusi avadanlıq və vasitələrlə təmin olunub. Sonra Müdafiə naziri hərbi hissənin silahlanmasında olan xüsusi texnikalara baxış keçirib.

Xəbər lenti
0