BAKI, 29 iyul — Sputnik. Türkiyənin Hərbi Hava Qüvvələrində (HHQ) təyyarəçi qəbuluna başlanılıb. Trend Türkiyənin "Milliyet" qəzetinə istinadən məlumat verir ki, bundan öncə Fəthullah Gülən hərəkatı ilə mübarizə çərçivəsində 214 hərbi təyyarəçi işdən azad edilib. Qəbul hazırda Türkiyə HHQ-də hərbi təyyarəçi çatışmazlığı səbəbindən elan olunub.
Qeyd edək ki, Türkiyədə iyulun 15-dən 16-na keçən gecə dövlət çevrilişinə cəhd edilib. Hadisədə 246 nəfər ölüb, 2000-dən çox insan xəsarət alıb.