Qadın prezidentlərin ərləri, yaxud birinci centlmenlər

© AP Photo / Julie JacobsonABŞ-ın keçmiş prezidenti Bill Klinton həyat yoldaşı Hilari Klinton ilə
ABŞ-ın keçmiş prezidenti Bill Klinton həyat yoldaşı Hilari Klinton ilə - Sputnik Azərbaycan
Abunə olmaq
Onların arasında alimi də var, eks-prezidenti də, amma hamısını bir cəhət birləşdirir: siyasi məsuliyyət

Qadın prezidentlərin ərləri, yaxud birinci centlmenlər
BAKI, 29 iyul — Sputnik. ABŞ-ın keçmiş prezidenti Bill Klinton həyat yoldaşının rəsmən ABŞ prezidentliyinə namizədi statusunu təsdiq edən Demokratlar Partiyasının qurultayında çıxış edib. Səkkiz il ərzində prezident olan Klinton özü bu vəzifə ilə yaxşı tanışdır, lakin bu dəfə o, "birinci xanım" üçün nəzərdə tutulan yerdən çıxış edib. Demokratlar liderinin əri ən yeni tarixə həm dövlət başçısı, həm də "birinci cənab" olan ikinci şəxs kimi düşə bilər.

"The Washington Post" qəzetinin məlumatına görə, prezident vəzifəsindən ayrılandan sonra Klinton ictimai çıxışları, mühazirələri və kitabları sayəsində 100 milyon dollardan artıq pul qazanıb. Bir çıxışı üçün ona verilən qonorar 300 min dollara çata bilir.

Hillari bu seçkilərdə qalib gəlsə, onun əri daha da lazımlı ola bilər. Siyasi həyatda böyük mövqe tutan digər xanımların ərləri daha çox təvazökar həyat sürürlər. Sputnik digər "birinci cənabların" necə yaşadığını sizə təqdim edir.

Opera ruhu

© AP Photo / Markus SchreiberAngela Merkel və həyat yoldaşı Joaxim Zauer
Angela Merkel və həyat yoldaşı Joaxim Zauer - Sputnik Azərbaycan
Angela Merkel və həyat yoldaşı Joaxim Zauer

Alman kvant kimyaçı, professor Joaxim Zauer çox məşğul insandır. Hətta rəsmən Almaniyanın "birinci əri" olan gün o, həyat yoldaşı Angela Merkelin andiçmə mərasimi keçirilən Bundestaqda deyil, Berlinin Humboldt Universitetində öz iş kabinetində olub.

"Biz hərəmiz öz işimizi görürük. Mən evdar xanım deyiləm, o isə evdar kişi deyil" — Merkel "Bunte" jurnalına bildirib.

Zauer ictimaiyyətdən qaçır, ilk dəfə cütlüyü Vaqner festivalında görüblər. Bu səbəbdən jurnalistlər əlçatmaz kansler ərini "opera ruhu" adlandırıblar. Professor çox nadir hallarda müsahibə verməyə razı olur, xüsusilə suallar onun peşə fəaliyyətinə aid deyilsə.

Joaxim Zauer möhkəm akademik karyera qurub. O, kimya fakültəsini bitirib, 25 yaşında olarkən doktorluq dissertasiyasını müdafiə edib, 11 il sonra isə professor olub. Onun işləri müəyyən katalizatorlar haqda fikirləri dəyişdi, bu isə öz növbəsində kimyaçını bütün dünyada tanıtdı.

Buna baxmayaraq, "birinci cənab" statusu da qurbanlar tələb edir. 2008-ci ildə kimyaçı NATO ölkələri liderlərinin arvadları üçün proqram meneceri rolunda çıxış etməli olub. Zauer proqramın terminologiyasını da dəyişdi. Bu səbəbdən, dövlət başçılarının həyat yoldaşlarının görüşləri "qadın" görüşlərindən "ortaq" görüşlərinə çevrildi.

Angela Merkelin əri elmlə məşğuldur, lakin o, çalışır ki, həyat yoldaşına kömək etməyə vaxt tapsın. Bəzən o, arvadının müxtəlif mərasimlərdə çıxışlarına baxır və onun jestlərini qiymətləndirir. Zauer, hətta öz həyat yoldaşını "daim yuxarı yönəlmiş işarə barmağına görə" danlayır.

Prezident evliliyi

© Photo : dic.academic.ru"Birinci cənab" statusunu alan ilk prezident isə argentinalı Nestor Kirşner
Birinci cənab statusunu alan ilk prezident isə argentinalı Nestor Kirşner - Sputnik Azərbaycan
"Birinci cənab" statusunu alan ilk prezident isə argentinalı Nestor Kirşner

"Birinci cənab" statusunu alan ilk prezident isə argentinalı Nestor Kirşner olub. 2007-ci ildə prezident sarayında dəyişiklik oldu — Argentinanın 54-cü prezidentinin yerinə onun həyat yoldaşı Kristina Fernandez Kirşner gəldi.

Buna baxmayaraq, keçmiş prezident siyasi arenada əsas fiqurlardan biri kimi qaldı: 2008-2009-cu illərdə o, hakim Hustisialist Partiyasının (Partido Justicialista) lideri olaraq ölkədəki iqtisadi vəziyyəti öz nəzarətində saxlamışdı.

Kirşner o qədər nüfuzlu hesab edilirdi ki, hətta jurnalistlər ailənin hakimiyyətdəki roluna görə "prezident evliliyi" terminini yaratdılar. Siyasətçilər isə ölkədə ikili hakimiyyətin yaradılması barədə danışırdılar.

© Sputnik / Aleksandr Solovsky / Mediabanka keçidArgentinanın eks-prezidenti Nester Kirşnerlə vida mərasimi
Argentinanın eks-prezidenti Nester Kirşnerlə vida mərasimi - Sputnik Azərbaycan
Argentinanın eks-prezidenti Nester Kirşnerlə vida mərasimi

Kirşnerin bu nüfuzuna beynəlxalq arenada da ehtiyac vardı. 2009-cu il seçkilərində Kirşnerin partiyası məğlub olur və o, daxili siyasətdən kənarlaşır. Qayıdıb yenidən prezident olmaq istəyən Kirşner, 2010-cu ildə ürək problemləri səbəbindən 5-ci dəfə xəstəxanaya qaldırılır və ürək çatışmamazlığı səbəbindən dünyasını dəyişir.

Dəmir centlmen

© AFP 2024 / ANDREW WINNING"Dəmir Ledi" Margaret Tetçer həyat yoldaşı Denis Tetçer ilə
Dəmir Ledi Margaret Tetçer həyat yoldaşı Denis Tetçer ilə - Sputnik Azərbaycan
"Dəmir Ledi" Margaret Tetçer həyat yoldaşı Denis Tetçer ilə

Böyük Britaniyanın "Dəmir Ledi"si Margaret Tetçerin həyat yoldaşı hələ onunla tanışlıqdan əvvəl özünə ad qazanmışdı. II Dünya müharibəsindən kavaler rütbəsi ilə dönəndən sonra o, kamuflyaj boya istehsalı və materialların kimyəvi təmizləməsi ilə məşğul olan "Atlas" kompaniyasının baş meneceri oldu. Şirkət tezliklə beynəlxalq arenaya çıxdı və onu İdarə Heyətinə üzv qəbul etdilər.

Şirkətin maliyyə səbəbindən dağılması Margaret Tetçerin vəzifəyə gəlməsi ilə eyni vaxta təsadüf etdi. Bu, cütlüyə maraq konfliktləri haqda ittihamların qarşısını almağa imkan verdi.

Biznesdən kənarlaşmaq istəyən Denis Tetçer məmnuniyyətlə konsort rolunu qəbul edir. O, iqtisadi və siyasi məsələlərdə həyat yoldaşına məsləhətlər verir, onu xarici səfərlərdə müşayət edir və xeyriyyə funksiyaları həyata keçirirdi. Denis bütün bunları "kölgədə" — ictimaiyyətdən kənar və jurnalistlərə müsahibə vermədən edirdi.

Sadə maliyyəçi

© AFP 2024 / CHRIS RATCLIFFE Britaniyanın baş naziri Tereza Meyin əri Filip Mey ilə
Britaniyanın baş naziri Tereza Meyin əri Filip Mey ilə - Sputnik Azərbaycan
Britaniyanın baş naziri Tereza Meyin əri Filip Mey ilə

Britaniyanın baş naziri Tereza Meyin əri Filip həyatının böyük bir hissəsini maliyyə ilə məşğul olub. O, məhşur maliyyə meneceri olaraq "Prudential" şirkətinin pensiya fondlarının aktivlərini idarə edib. 2005-ci ildə o, "Capital Group"da müştərilərlə iş üzrə menecer oldu, elə indi də orada çalışır.

Filip Mey böyük məbləğdə pulu idarə edən özündənrazı treyderə bənzəmir. O, həyat yoldaşı kimi təvazökar həyata üstünlük verir. "Capital Group"da bildiriblər ki, o, daha investisiya portfeli ilə məşğul olmur və son zamanlar şəxsi maliyyə analitiki kimi xidmət edir.

Britaniyalı jurnalistlər qeyd edirlər ki, 58 yaşlı Filip Mey öz həyat yoldaşı Terezanın xeyirinə siyasi ambisiyalarından imtina edib.

Xəbər lenti
0