Ermənistanda nümayişçilər prezident sarayına yürüş planlaşdırıblar

© SputnikАкция протеста в поддержку группировки "Сасна Црер"
Акция протеста в поддержку группировки Сасна Црер - Sputnik Azərbaycan
Abunə olmaq
Erməni deputat Armen Martirosyan vətəndş itaətsizliyi aksiyasını davam etdirməyə çağırıb.

BAKI, 28 iyul-Sputnik. İrəvanda polis alayının binasını ələ keçirmiş silahlı qrupa dəstək aksiyasının üzvləri prezident administrasiyasınadək yürüş keçirməyi qərara alıblar.

Sputnik-in məlumatına görə, mitinqə tərkibi genişləndirilmiş etiraz aksiyalarının keçirilməsi üzrə Koordinasiya Şurası rəhbərlik edir.

Bu arada İrəvanda yürüşə mane ola biləcək güclü yağış yağmağa başlayıb.

Bundan əvvəl təşkil olunan yürüşlər silahlı qrupun ələ keçirdiyi polis alayının binası istiqamətində keçirilib.

Koordinasiya Şurası nümayişçilər 40 dəqiqə möhkəm yağışın altında Fransa meydanında nəqliyyatın hərəkətini dayandırdıqdan sonra evə dönmək qərarını verib.

Polis mitinqin keçirildiyi yerə əlavə qüvvə gətirib və prezidentin qərargahına çatmağa cəhd edən nümayişçiləri dayandıraraq onları Fransa meydanına qaytarmağa müvəffəq olub.

Ermənistan parlamentinin müxalifətçi "İrs" partiyasından olan deputatı Armen Martirosyan nümayişçiləri hava şəraitinin imkan verməməsi səbəbindən dağılışmağa çağırıb.

"Bizə Konstitusiya çərçivəsində dinc aksiyaları davam etdirmək üçün güc lazımdır. Sabah saat 19:00-da Azadlıq meydanında toplaşacağıq" — deyə Martirosyan bildirib.

O qeyd edib ki, bu cür vətəndaş itaətsizliyi aksiyaları ilk dəfədir ki keçirilir və bu, davam etməlidir.

"Biz böhrandan çıxana qədər mübarizəmizə davam edəcəyik və ümid edirik ki, vətəndaş fəallığı bütün ölkədə özünü göstərəcək" — deyə deputat bildirib.

Xəbər lenti
0