BAKI, 28 iyul-Sputnik. Trans-Anadolu Qaz Boru Kəmərindən (TANAP) Azərbaycana hər il 1,4 mlrd. dollar gəlir gələcək.
Sputnik-in məlumatına görə, bu barədə APA SOCAR-ın "facebook" səhifəsinə istinadla bildirib.
Məlumatda həmçinin STAR neft emalı zavodundan Azərbaycanın əldə edəcəyi gəlir də açıqlanıb. Belə ki, STAR zavodundan ilk 5 ildə hər il 614 mln. dollar, növbəti 10 il ərzində isə hər il 864 mln. dollar əməliyyat gəliri gələcəyi gözlənilir.