Ərdoğan: Silahlı Qüvvələr və MİT prezidentin tabeliyinə verilməlidir

© REUTERS / Murat CetinmuhurdarПрезидент Турции Реджеп Тайип Эрдоган
Президент Турции Реджеп Тайип Эрдоган - Sputnik Azərbaycan
Abunə olmaq
Türkiyə prezidenti: Hərbi komandanlıqların isə nazirliklərin sərəncamına verilməsini istəyirik.

BAKI, 28 iyul — Sputnik. "Türkiyə Silahlı Qüvvələri Baş Qərargahı və Milli Kəşfiyyat Təşkilatı (MİT) ölkə prezidentinin tabeliyinə verilməlidir". 

Sputnik "Milliyet"ə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Beştəpədəki Prezident Administrasiyasında ölkə parlamentinin sədri (TBMM) İsmail Kahramanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edərkən deyib. 

"Hərbi komandanlıqların isə Milli Müdafiə Nazirliyinin sərəncamına verilməsini istəyirik", — deyə dövlət başçısı söyləyib. 

Qeyd edək ki, artıq Jandarma Baş Komandanlığı və Sahil Mühafizə Komandanlığı Türkiyə Daxili İşlər Nazirliyinin tabeliyinə verilib. 

Xəbər lenti
0