Bu ölkə Fətullah Güləni qəbul edə biləcəyini açıqladı

© bluestar.net.auFətullah Gülən
Fətullah Gülən - Sputnik Azərbaycan
Abunə olmaq
Misir Baş naziri, ölkəsinə rəsmi müraciət olunacağı təqdirdə bunu dəyərləndirəcəklərini deyib

BAKI, 28 iyul — Sputnik. 2013-cü ildə hərbi çevrilişlə iqtidara gələn Misir hökumətinin baş naziri Şərif İsmayıl, ABŞ-da yaşayan "Hizmət" hətəkatının rəhbəri Fətullah Gülənə siyasi sığınacaq verə biləcəklərini açıqlayıb.

Sputnik xəbər verir ki, Baş nazir, ölkəsinə rəsmi müraciət olunacağı təqdirdə bunu dəyərləndirəcəklərini deyib. Lakin bununla belə o, hələlik Gülən tərəfdən heç bir sığınacaq istəyi almadıqlarını bildirib.

Qeyd edək ki, Fətullah Gülən hazırda ABŞ-ın Pensilvaniya ştatında yaşayır. O, Türkiyədəki 15 iyul hərbi çevrilişində təqsirləndirilir. Rəsmi Ankara, Fətullah Gülənin ekstradisiya olunması üçün Ağ Ev rəhbərliyinə 4 nüsxəlik raportla müraciət edib.

Xəbər lenti
0