BAKI, 28 iyul — Sputnik. Roma papası Fransisk Polşadakı ayin zamanı yerə yıxılıb. Sputnik Ria-ya istinadən xəbər verir ki, Fransisk gözlənilmədən huşunu itirərək yerə yıxılıb.
Yaxınlıqdakı din adamları papanı dərhal ayağa qaldırıblar. Ruhani lider daha sonra dindarlar qarşısında çıxış edib.
Xatırladaq ki, Roma Papası Fransisk Polşaya "Ümumdünya xristian gənclər günü" festivalı üçün gəlib.