Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Türkiyə iqtisadiyyatı çevriliş cəhdinin altından necə qalxacaq?

© REUTERS / Murad Sezerİstanbul
İstanbul - Sputnik Azərbaycan
Abunə olmaq
"Hazırda ciddi ixtisarlar, işdən qovulmalar davam edir. Bu səbəblə istər siyasi, istərsə də iqtisadi idarəçilikdə yavaşlamalar olacaq"

BAKI, 28 iyul — Sputnik. 6 ilə yaxındır davam edən qlobal iqtisadi böhranın təsirindən ən az zərərlə çıxa bilən Türkiyə iqtisadiyyatı yeni təhlükələrə qarşı tab gətirə biləcəkmi? Xüsusilə son çevriliş cəhdindən sonra ölkənin maliyyə durumunun necə olacağı ciddi suallar doğurur. Bir çox ekspertlər iddia edirlər ki, qarşıdakı bir neçə ay müəyyən çətinliklər gözlənilsə də, bu çətinlik ümumi iqtisadi ab-havaya təsir etməyəcək.

© Photo : STRMahmut Berizci
Mahmut Berizci - Sputnik Azərbaycan
Mahmut Berizci

Belə ki, çevriliş cəhdindən iki gün sonra, iyulun 17-də mətbuata açıqlama verən Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybəkçi, ölkənin maliyyə bazasının güclü olduğunu, bu səbəblə iqtisadiyyatın zərər görməyəcəyini söyləmişdi. O, riskləri ən aza endirmək üçün qonşularla, xüsusilə də Rusiya ilə ikitərəfli iqtisadi əlaqələrin önəmini vurğulamışdı.

Dünən Rusiyanın enerji naziri Aleksandr Novak ilə Moskvada bir araya gələn Nihat Zeybəkçi, görüşdən sonra olduqca önəmli açıqlamalar verib. O, təyyarə böhranından sonra dondurulan "Türk axını" layihəsinin tikintisinə başlaya biləcəklərini qeyd edib.

"Türk axını layihəsinin reallaşması üçün siyasi qərar və istək mövcuddur. Biz qaz boru layihəsinin birinci xəttinin tikintisinə başlamağa hazırıq", — türk nazir qeyd edib.

Mövzunu Sputnik-ə dəyərləndirən Türkiyənin Səlcuq Universitetinin beynəlxalq iqtisadi əlaqələr üzrə dosenti, Mahmut Berizci hesab edir ki, Türkiyəni iqtisadi yöndən çökdürməyə çalışan qüvvələr əleyhinə əks hücuma keçən rəsmi Ankaranın, bu məsələdə uğur qazanıb-qazanmayacağını zaman göstərəcək. Onun sözlərinə görə, hələlik dövlət qurumlarında "təmizləmə" işləri getdiyindən, iqtisadiyyatda müvəqqəti durğunluq yaşana bilər və bu, normaldır.

"Ölkəmiz olduqca qəliz mərhələdən keçir. Bir yandan siyasi, digər yandan da iqtisadi təhdidlərlə qarşılaşmışıq. Çevriliş cəhdindən sonra dövlət orqanlarında təmizlik işləri aparılır. Ciddi ixtisarlar, işdən qovulmalar davam edir. Bu səbəblə istər siyasi, istərsə də iqtisadi idarəçilikdə yavaşlamalar olacaq. Normal baxmaq lazımdır", — ekspert vurğulayıb.

Onun sözlərinə görə, söhbət dövlətin içinə sızmış Gülən şəbəkəsinin on minlərlə üzvündən gedir: "Ancaq mən əminəm ki, yaxın gələcəkdə Türkiyə iqtisadiyyatı öz axarına düşəcək və inkişaf qaldığı yerdən davam edəcək".

© Photo : Ahmet Akaydının şəxsi arxivindənTürk politoloq Ahmet Akaydın. Arxiv foto
Türk politoloq Ahmet Akaydın. Arxiv foto - Sputnik Azərbaycan
Türk politoloq Ahmet Akaydın. Arxiv foto

Türkiyəli jurnalist-yazar Ahmet Akaydın sözlərinə görə isə, son hadisələr ölkə iqtisadiyyatına zərrə qədər təsir göstərməyib və göstərməyəcək: "Beynəlxalq iqtisadi reytinq agentlikləri demək olar ki, hər həftə dünya ölkələri ilə bağlı öz proqnozlarını verir. Əgər Türkiyədə hər hansı axsama olsaydı, bu hal həmin proqnozlarda özünü göstərərdi".

"Əgər "Fitch" agentliyinin ötən həftə verdiyi proqnoza diqqət etdinizsə, orada qeyd olunur ki, qlobal sərmayəçilər Türkiyəyə rahatlıqla yatırım edə bilər. Bizim dövlətimizin iqtisadi təməli olduqca sağlamdır. Heç bir risk yoxdur", — Akaydın əlavə edib.

Xəbər lenti
0