Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Arif Quliyevin başı dərddə

© Photo : APAXalq artisti Arif Quliyev
Xalq artisti Arif Quliyev - Sputnik Azərbaycan
Abunə olmaq
Xalq artistinin həyat yoldaşı hepatitə yoluxub. Gülzar Quliyeva hazırda Kliniki Tibbi Mərkəzdə yoluxucu xəstəliklər şöbəsində müalicə alır. Həkimlər vəziyyətinin ağır olduğunu deyirlər.

BAKI, 28 iyul — Sputnik. Xalq artisti Arif Quliyevin həyat yoldaşı xəstəxanaya yerləşdirilib. Bu barədə kulis.az-a aktyor özü məlumat verib.

O bildirib ki, xanımı Gülzar Quliyeva Hepatit C virusuna yoluxub: "Yoldaşım hazırda Kliniki Tibbi Mərkəzdə yoluxucu xəstəliklər şöbəsində müalicə alır. Həkimlər vəziyyətinin ağır olduğunu deyirlər".

Arif Quliyev xanımın müalicəsinin xaricdə davam etdirilməsinin lazım olduğunu deyib: "Amma bu mənim imkanlarım xaricindədir. Mən iki il qabaq sinir xəstəliyinə tutulanda müalicə xərclərini dövlət öz üzərinə götürmüşdü. Allah hökumətimizdən razı olsun. Mən ata-ana qayğısından uzaq olmuşam. Oğlum Fərid dünyasını dəyişəndən sonra Gülzar üçün yaşayıram. Bircə təsəllim onun varlığıdır. O da belə…".

Xəbər lenti
0