Diplomatların "təmizlənməsinə" başlanıldı

© Photo : TRENDTürkiyə XİN
Türkiyə XİN - Sputnik Azərbaycan
Abunə olmaq
Türkiyə Xarici İşlər Nazirliyinin 88 əməkdaşı işdən uzaqlaşdırılıb. Ölkənin Kazandakı baş konsulluğunun əməkdaşı isə Yaponiyaya qaçıb.

BAKI, 28 iyul — Sputnik. "88 nəfər işçinin nazirliklə olan əlaqəsini kəsdik". Sputnik Türkiyə NTV-nə istinadən xəbər verir ki, bu sözləri Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, istefaya göndərilənlərdən ikisi səfirdir. Çavuşoğlu, həmçinin qeyd edib ki, Türkiyənin Kazandakı baş konsulluğunun bir əməkdaşı da Yaponiyaya qaçıb.

Nazir çıxışının sonunda Fətullah Gülən şəbəkəsi ilə ölkəsində aktiv mübarizə apardığına görə Azərbaycan prezidenti İlham Əliyevə təşəkkür edib.

Xəbər lenti
0