BAKI, 28 iyul — Sputnik. Türkiyə hakimiyyətinin 15 iyulda dövlət çevrilişinə cəhddə ittiham etdiyi müxalifətçi "Hizmet" təşkilatının (Türkiyə hakimiyyəti onları FETÖ — Fətullahçı Terror Təşkilatı adlandırır —red.) lideri Fətullah Gülən ABŞ-ı tərk edə bilər.
Sputnik-in xəbərinə görə, bu barədə RİA Novosti agentliyi məlumat yayıb. Bildirilir ki, Gülən Misir, Avstraliya, CAR, Kanada və yaxud Meksikaya gedə bilər.
Bir qədər əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Güləni dövlət çevrilişinə cəhddə ittiham edib. Ankara rəsmən Vaşinqtondan bu siyasiləşmiş dini liderin ekstradisiyasını tələb edib. ABŞ isə Gülənə yönəlik ittihamların sənədlərlə sübuta yetiriləcəyi təqdirdə onu ekstradisiya edə biləcəyini bildirib.
Fətullah Gülən özü çevrilişə cəhddə əli olduğunu təkzib edir. Həmçinin bildirir ki, Türkiyəyə ekstradisiya edilməkdən qorxmur.