Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Lənkəranlı "Nənələr" Sputnik üçün oxudular

Abunə olmaq
Azərbaycanda Masallı, Lənkəran, Lerik və Astara rayonlarında oxunan əmək-rəqs nəğmələrini qadınlar kollektiv halda ifa edirdilər. Bunlara misal olaraq "Həsiri basma dolan gəl", "Ha yordu-yordu" "Ay lolo" və sair nəğmələri göstərmək olar.

Lənkəranın “Nənələr” folklor ansamblı - Sputnik Azərbaycan
Dünyanı heyran qoyan azərbaycanlı "Nənələr"
Talış və Azərbaycan xalq mahnılarının, bayatıların qrup halında mahir ifaçıları Lənkəranın Separadi kəndinin sakinləri olan "Nənələr" folklor ansamblıdır. Bu qrupun hazırda 6 üzvü var: Quliyeva Xanımbacı, Əhədova Qızvəs, Kərimova Gülbəzək, Məmmədova Şərəf, Məmmədova Mahirə və Məmmədova Nahidə.

Qrupdakılar bir ailənin üzvləridir: bacı olan iki qaynana, onların iki gəlini və gəlinlərin gəlinləri. Qrupun ən yaşlıları Quliyeva Xanımbacı və Əhədova Qızvəsdir. Ansambılın bədii rəhbəri Fərhad Məmmədovdur.

Ansamblın ifasını sizə təqdim edirik.

Xəbər lenti
0