Whatsapp-dan maraqlı yenilik

© AP Photo / Patrick Sison"WhatsApp" proqramı
WhatsApp proqramı - Sputnik Azərbaycan
Abunə olmaq
Siz proqramı yenilədikdən sonra "smile"lar olduğundan iri görünəcək. Video çəkən zamanı isə "zoom" etmək üçün barmağınızı ekranda yuxarı, aşağı sürüşdürmək kifayət edir

BAKI, 28 iyul — Sputnik. Dünyanın ən məşhur mesajlaşma şəbəkəsi olan "WhatsApp" proqramına iki yeni funksiya əlavə edilib. Sputnik First Post-a istinadən xəbər verir ki, bu yeniliklər "smile" və "video zoom"la bağlıdır.

Belə ki, siz proqramı yenilədikdən sonra "smile"lar olduğundan iri görünəcək. Video çəkən zamanı isə "zoom" (yaxınlaşdırmaq) etmək üçün barmağınızı ekranda yuxarı, aşağı sürüşdürmək kifayət edir.

Şirkətin məlumatına görə, tezliklə "WhatsApp"a səsli zəngi inkişaf etdirmək üçün nəzərdə tutulan yeniliklər də əlavə olunacaq.

 

Xəbər lenti
0