CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Referendumla bağlı işçi qrupu yaradılıb

Səsvermə
Səsvermə - Sputnik Azərbaycan
Abunə olmaq
Referendum üzrə təşviqat qruplarının qeydə alınması üçün imza vərəqələri və onlara əlavə edilmiş digər sənədlər müvafiq seçki komissiyasına təqdim olunmalıdır

BAKI, 28 iyul — Sputnik. Mərkəzi Seçki Komissiyasının (MSK) bu il sentyabrın 26-da keçiriləcək ümumxalq səsverməsində (referendumda) MSK nəzdində işçi qrupunun yaradılması və rəhbərinin təyin olunması barədə qərar qəbul edib. APA-nın xəbərinə görə, referendum üzrə təşviqat qruplarının qeydə alınması üçün imza vərəqələri və onlara əlavə edilmiş digər sənədlər müvafiq seçki (referendum) komissiyasına təqdim olunmalıdır.

Mərkəzi Seçki Komissiyası - Sputnik Azərbaycan
CƏMİYYƏT
26 sentyabr referendumunun yekun nəticələri oktyabrın 21-dək açıqlanacaq

İmza vərəqələrində və onlara əlavə edilmiş sənədlərdə olan məlumatların düzgünlüyünü yoxlamaq məqsədilə Seçki Məcəlləsinin 59.2-ci maddəsinə uyğun olaraq MSK tərəfindən Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertləri, Maliyyə Nazirliyinin, Daxili İşlər Nazirliyinin mütəxəssisləri sırasından ekspertlər daxil edilməklə işçi qrupu yaradılmalı, komissiyanın həlledici səs hüquqlu üzvlərindən biri qrupa rəhbər təyin edilməlidir.

MSK yuxarıda qeyd edilənləri əsas götürərək, Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci, 28.4-cü və 59.2-ci maddələrinə əsasən qərara alıb ki, sentyabrın 26-na təyin edilmiş ümumxalq səsverməsi (referendum) zamanı referendum üzrə təşviqat qrupunun qeydə alınması üçün təqdim edilmiş imza vərəqələrində və onlara əlavə edilmiş sənədlərdə olan məlumatların düzgünlüyünü yoxlamaq məqsədilə, MSK-da Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertləri, Maliyyə Nazirliyinin, Daxili İşlər Nazirliyinin mütəxəssisləri sırasından ekspertlərdən ibarət işçi qrupu yaradılsın.

MSK-nın üzvü Azər Tağıyev işçi qrupun rəhbəri təyin edilib. Qərar bu gündən qüvvəyə minib.

Xəbər lenti
0