Türkiyənin bir neçə populyar telekanalı, agentlik və qəzeti qapadıldı

© Photo : STRОружие журналиста. Архивное фото
Оружие журналиста. Архивное фото - Sputnik Azərbaycan
Abunə olmaq
Türkiyədə Kanaltürk, Samanyolu, həmçinin uşaqların sevimlisi olan Yumurcak kimi telekanalların fəaliyyəti dayandırılıb.

BAKI, 28 iyul-Sputnik. Türkiyədə Kanaltürk, Samanyolu, həmçinin uşaqların sevimlisi olan Yumurcak kimi telekanalların fəaliyyəti dayandırılıb.

Ümumilikdə bu ölkədə 3 xəbər agentliyi, 16 telekanal, 23 radio, 45 qəzet, 15 jurnal, 29 nəşriyyat bağlanıb.

Sputnik Türkiyənin məlumatına görə, bu addım fövqəladə vəziyyət çərçivəsində bəzi qurum və təşkilatlar barəsində nizamlama aparılması qərarına əsasən atılıb.

Bağlanılan qəzetlərin arasında Todays Zaman, Tərəf Zaman, Azad Düşüncə, Bu gün, Millət, Meydan, Sabaha Baxış və Yeni Həyat kimi ictimaiyyət arasında xeyli populyar olan KİV-lər də var.

Türkiyədə bu televiziya kanalları da qapadılıb: Samanyolu TV, Yumurcak TV, Kanaltürk, Barış TV, Bu gün TV, Can Erzincan TV, Dünya TV, Hira TV, Irmak TV, Kanal 124, MC TV, Mehtap TV, Merkuri TV, Samanyolu Haber, SRT TV, Tuna Shopping TV.

Cihan Xəbər Agentliyi, Müxbir Xəbər Agentliyi və SEM Xəbər Agentliyi bağlanılan informasiya agentlikləri arasındadır.

Qeyd edək ki, sözügedən KİV-lər Fətullah Gülənin "Hizmət" təşkilatının himayəsi altında fəaliyyət göstərirdi.

Türkiyədə 15 iyuldan 16-iyula keçən gecə baş verən dövlət çevrilişinə cəhddən sonra F.Gülənlə əlaqəsi olan bütün qurumlar dövlət tərəfindən bir-birinin ardınca bağlanır.

Xəbər lenti
0