CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Hərbi hissələrin psixoloqları ilə toplantı keçirilib

© Sputnik / StringerМинистерство обороны Азербайджанской Республики
Министерство обороны Азербайджанской Республики - Sputnik Azərbaycan
Abunə olmaq
Toplantı iştirakçıları tərəfindən aprel döyüşlərinin şəxsi heyətin mənəvi-psixoloji durumunun yüksəlməsində rolu, eləcə də həyata keçiriləcək fəaliyyətlər barədə müzakirələr aparılıb.

BAKI, 27 iyul — Sputnik. Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən, Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsi tərəfindən Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində hərbi hissə və birləşmələrin psixoloqları, eləcə də şəxsi heyətlə iş üzrə zabitlərin iştirakı ilə Silahlı Qüvvələrdə psixoloji işin təşkilinə dair təlim-metodiki toplantı keçirilib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, toplantıda "Silahlı Qüvvələrdə psixoloji işin təşkili və aparılması", "Kollektivin psixoloji durumuna təsir edən amillər", "Döyüşdə və döyüşdən sonra hərbi qulluqçuların psixoloji durumu" və bir sıra digər mövzular üzrə mühazirələr dinlənilib.

Toplantı iştirakçıları tərəfindən aprel döyüşlərinin şəxsi heyətin mənəvi-psixoloji durumunun yüksəlməsində rolu, hərbi qulluqçuların psixoloji hazırlığı üzrə tələb və tövsiyələr, eləcə də həyata keçiriləcək fəaliyyətlər barədə müzakirələr aparılıb.

Xəbər lenti
0