BAKI, 27 iyul — Sputnik. İmişlidə düz 12 ildir ki, komada yatan Fəxri Əbdüləzimov vəfat edib. Sputnik Baku.ws-yə istinadən xəbər verir ki, 1976-cı il təvəllüdlü F. Əbdüləzimov 2004-cü ildə gecə saatlarında idarə etdiyi "VAZ 2107" markalı avtomobillə qarşıdan gələn "Kamaz" markalı yük avtomobili ilə toqquşub.
Keçirdiyi ağır qəzadan sonra "VAZ 2107"-ni idarə edən şəxs koma vəziyyətinə düşüb. Uzun müddət İmişlidə yerləşən xəstəxanada reanlimasiya şöbəsinə yerləşdirilən F.Əbdüləzimov daha sonra evə aparılıb. Qəza zamanı 28 yaşı olan Fəxri ötən gün 40 yaşında dünyasını dəyişib.