BAKI, 27 iyul — Sputnik. Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı dövlət çevrilişi cəhdində iştirak edən hərbçilərin sayını açıqlayıb. Sputnik Türkiyə NTV-nə istinadən xəbər verir ki, 15 iyul dövlət çevrilişi cəhdində 8651 hərbçi iştirak edib.
"Bu, Türkiyə Silahlı Qüvvələrinin mövcud personalının 1.5 %-ni təşkil edir", — deyə açıqlamada qeyd olunub.
Bundan başqa, dövlət çevrilişi cəhdində Türkiyə Silahlı Qüvvələrinin 35 təyyarə, 37 helikopter, 74 tank və 3 gəmisindən istifadə edildiyi vurğulanıb.