CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Zavodda baş vermiş partlayış zamanı xəsarət alanlardan bir neçəsi evə buraxılıb

© Photo : PUBLIC DOMAINMüdafiə Sənayesi Nazirliyi
Müdafiə Sənayesi Nazirliyi - Sputnik Azərbaycan
Abunə olmaq
Digər xəsarət alanların müalicəsi həkim nəzarəti altında davam etdirilir

BAKI, 27 iyul — Sputnik. İyulun 26-da Müdafiə Sənayesi Nazirliyinin Şirvan "Araz" zavodunda baş vermiş hadisə zamanı xəsarət alan və xəstəxanaya yerləşdirilənlərdən dördü bu gün səhər saatlarında evə buraxılıb, bir neçəsinin isə gün ərzində evə buraxılacağı bildirilir. Sputnik Müdafiə Sənayesi Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, xəsarət alanların digərlərinin müalicəsi həkim nəzarəti altında davam etdirilir.

Qeyd edək ki, ki, Müdafiə Sənayesi Nazirliyinin Şirvandakı "Araz" zavodunda partlayış baş verib. Səhiyyə Nazirliyinin yaydığı məlumata görə, partlayış nəticəsində 24 nəfər xəsarət alıb. Xəsarət alanlardan ikisi dünyasını dəyişib. Faktla bağlı cinayət işi açılıb.

Xəbər lenti
0