BAKI, 26 iyul — Sputnik. Şirvanda baş vermiş partlayış nəticəsində iki nəfər ölüb.
Müdafiə Sənayesi Nazirliyindən verilən məlumata görə, hadisə nəticəsində ”Araz” zavodunun iki əməkdaşı – Ağamir Allahyar oğlu Məmmədov və İlhamə Əsgər qızı Nuriyeva dünyasını dəyişib.
Cəsədlər Şirvan Mərkəzi Xəstəxanasının morquna gətirilib.
Qeyd edək ki, iyulun 26-da saat 15:30 radələrində Müdafiə Sənayesi Nazirliyinin Şirvan şəhərində yerləşən “Araz” zavodunun utilizasiya sahəsində partlayış baş verib.
Hadisə nəticəsində 24 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.